• $
  • €
  • ₽
  • ₺
  • £

COP29-un bağlanış plenar iclasında Paris Sazişinin 6-cı maddəsi tam təsdiqləndi

COP29-un bağlanış plenar iclasında Paris Sazişinin 6-cı maddəsi tam təsdiqləndi
23.11.2024 22:27
COP29-da Paris Sazişinin 6-cı maddəsinin tam icrasına nail olunub, beynəlxalq karbon bazarları açılır.

"Report" xəbər verir ki, COP29 Sədrliyi bu gün Paris Sazişinin 6-cı maddəsinə əsasən yüksək inteqrasiya olunmuş karbon bazarları üzrə danışıqları yekunlaşdırmaq üçün onillik gözləmə müddətinin başa çatdığını elan edib.


Qeyd edilir ki, bu, builki Sədrliyin əsas prioritetlərindən biri idi və intensiv texniki və siyasi danışıqlar vasitəsilə Tərəfləri bu mühüm nailiyyətə doğru sövq etdi. Bu strategiya illərlə davam edən çıxılmaz vəziyyəti aradan qaldırır və Paris Sazişinin son bəndini tamamlayır.



Sözügedən maddə iqlim məqsədlərinə nail olmaq istiqamətində əməkdaşlıq aparan ölkələr üçün möhkəm və şəffaf karbon bazarları təmin edir.


Bu transsərhəd əməkdaşlığın ölkələrin milli iqlim planlarının həyata keçirilməsi xərclərini ildə 250 milyard dollara qədər azaldacağı gözlənilir.


COP29 Sədrliyi Tərəfləri bu qənaətləri daha böyük iqlim ambisiyalarına təkrar investisiya etməyə çağırır. Fevralda təqdim olunacaq Milli səviyyədə müəyyən edilmiş töhfələrin növbəti nəsli, dünyanın 1,5 dərəcəni əlçatanlıqda saxlamaq ümidləri üçün çox vacibdir. Bugünkü mərhələ ölkələrə iqlim planlarında daha iddialı öhdəliklər götürməyə kömək edəcək.


COP29 prezidenti Muxtar Babayev deyib: "Biz onillik gözləməyə son qoyduq və 1,5 dərəcəni əlçatanlıqda saxlamaq üçün kritik aləti açdıq. İqlim dəyişikliyi transmilli məsələdir və 6-cı maddə transmilli həll yollarına imkan verəcək. Çünki atmosfer emissiyalara qənaətin harada əldə olunduğuna əhəmiyyət vermir”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ceyhun Bayramov Qətərin xarici işlər üzrə dövlət nazirini qəbul edib
Siyasət 19:17
Ceyhun Bayramov Qətərin xarici işlər üzrə dövlət nazirini qəbul edib
Prezident bu qanunu təsdiqləyib
Siyasət 17:30
Prezident bu qanunu təsdiqləyib
Estoniyada qalan azərbaycanlı sürücülər nazirdən kömək istəyir - video
Cəmiyyət 17:09
Estoniyada qalan azərbaycanlı sürücülər nazirdən kömək istəyir - video
Ceyhun Bayramov: Azərbaycanın ATƏT-ə sədrlik etməsi ilə bağlı təklifə müsbət yanaşırıq
Siyasət 13:03
Ceyhun Bayramov: Azərbaycanın ATƏT-ə sədrlik etməsi ilə bağlı təklifə müsbət yanaşırıq
Estoniya Azərbaycanla rəqəmsallaşma, süni intellekt və müdafiə sənayesi sahələrində əməkdaşlıqda maraqlıdır
Siyasət 12:59
Estoniya Azərbaycanla rəqəmsallaşma, süni intellekt və müdafiə sənayesi sahələrində əməkdaşlıqda maraqlıdır
Marqus Tsaxna: Estoniya Azərbaycan-Ermənistan normallaşma prosesinin regionda yeni perspektivlər açdığını düşünür
Siyasət 12:55
Marqus Tsaxna: Estoniya Azərbaycan-Ermənistan normallaşma prosesinin regionda yeni perspektivlər açdığını düşünür
Estoniyada təhsil alan azərbaycanlı tələbələrin sayı açıqlanıb
Siyasət 12:50
Estoniyada təhsil alan azərbaycanlı tələbələrin sayı açıqlanıb
Ötən il 2 minə yaxın estoniyalı turist Azərbaycana səfər edib
Siyasət 12:49
Ötən il 2 minə yaxın estoniyalı turist Azərbaycana səfər edib
Azərbaycan və Estoniya arasında ticarət dövriyyəsi 32 milyon dollar təşkil edib
Siyasət 12:45
Azərbaycan və Estoniya arasında ticarət dövriyyəsi 32 milyon dollar təşkil edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol