İran səfiri Küveyt XİN-ə çağırılıb

Küveyt Xarici İşlər Nazirliyi iki İtaliya vətəndaşının ölümü ilə nəticələnən PUA hücumundan sonra İranın səfiri Məhəmməd Totoncini çağıraraq ona etiraz notası təqdim edib.
Bu barədə “Al-Arabia” xəbər verir.
Hücum noyabrın 26-da Küveytin kritik infrastruktur obyektlərindən birinə endirilib.
Küveyt hakimiyyətinin məlumatına görə, hücum nəticəsində Küveyt və Pakistan vətəndaşları da xəsarət alıb.
Küveyt xarici işlər nazirinin müavini Həməd əl-Məşaan hücuma görə məsuliyyətin İranın üzərinə düşdüyünü bildirib.
İranın xarici işlər naziri Abbas Əraqçi isə ittihamları rədd edib və Tehranın hücumun təfərrüatlarının araşdırılması üçün Küveyt və İtaliya ilə əməkdaşlığa hazır olduğunu deyib.
























