• $
  • €
  • ₽
  • ₺
  • £

Ceyhun Bayramov Qətərin xarici işlər üzrə dövlət nazirini qəbul edib

Ceyhun Bayramov Qətərin xarici işlər üzrə dövlət nazirini qəbul edib
27.11.2026 19:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qətərin xarici işlər üzrə dövlət naziri Sultan bin Saad Al-Mureyxinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüşdə Azərbaycan-Qətər münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Tərəflər beynəlxalq təşkilatlar, xüsusilə İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığın əhəmiyyətini vurğulayıblar.

Bildirilib ki, 15 oktyabr 2026-cı ildə Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 7-ci Zirvə Görüşündə Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Taninin iştirakı məmnunluqla qeyd edilib.

Görüşdə Azərbaycanın 2027-ci ildə İslam Əməkdaşlıq Təşkilatına sədrliyinin prioritetləri və Bakıda keçiriləcək İƏT Zirvə Görüşü barədə də məlumat verilib.

Tərəflər Yaxın Şərqdə və digər regionlarda mövcud vəziyyəti, regional və beynəlxalq təhlükəsizlik məsələlərini və qarşılıqlı maraq doğuran digər mövzuları müzakirə ediblər.

Həmin gün Azərbaycan və Qətər Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu da keçirilib. Məsləhətləşmələrə Azərbaycan tərəfindən nazir müavini Yalçın Rəfiyev, Qətər tərəfindən isə Sultan bin Saad Al-Mureyxi rəhbərlik edib.

Məsləhətləşmələr zamanı ikitərəfli münasibətlərin müxtəlif aspektləri, o cümlədən iqtisadi və humanitar sahələrdə əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident bu qanunu təsdiqləyib
Siyasət 17:30
Prezident bu qanunu təsdiqləyib
Estoniyada qalan azərbaycanlı sürücülər nazirdən kömək istəyir - video
Cəmiyyət 17:09
Estoniyada qalan azərbaycanlı sürücülər nazirdən kömək istəyir - video
Ceyhun Bayramov: Azərbaycanın ATƏT-ə sədrlik etməsi ilə bağlı təklifə müsbət yanaşırıq
Siyasət 13:03
Ceyhun Bayramov: Azərbaycanın ATƏT-ə sədrlik etməsi ilə bağlı təklifə müsbət yanaşırıq
Estoniya Azərbaycanla rəqəmsallaşma, süni intellekt və müdafiə sənayesi sahələrində əməkdaşlıqda maraqlıdır
Siyasət 12:59
Estoniya Azərbaycanla rəqəmsallaşma, süni intellekt və müdafiə sənayesi sahələrində əməkdaşlıqda maraqlıdır
Marqus Tsaxna: Estoniya Azərbaycan-Ermənistan normallaşma prosesinin regionda yeni perspektivlər açdığını düşünür
Siyasət 12:55
Marqus Tsaxna: Estoniya Azərbaycan-Ermənistan normallaşma prosesinin regionda yeni perspektivlər açdığını düşünür
Estoniyada təhsil alan azərbaycanlı tələbələrin sayı açıqlanıb
Siyasət 12:50
Estoniyada təhsil alan azərbaycanlı tələbələrin sayı açıqlanıb
Ötən il 2 minə yaxın estoniyalı turist Azərbaycana səfər edib
Siyasət 12:49
Ötən il 2 minə yaxın estoniyalı turist Azərbaycana səfər edib
Azərbaycan və Estoniya arasında ticarət dövriyyəsi 32 milyon dollar təşkil edib
Siyasət 12:45
Azərbaycan və Estoniya arasında ticarət dövriyyəsi 32 milyon dollar təşkil edib
Azərbaycan-Estoniya münasibətlərində müsbət dinamika müşahidə olunur
Siyasət 12:43
Azərbaycan-Estoniya münasibətlərində müsbət dinamika müşahidə olunur
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol