Estoniyada qalan azərbaycanlı sürücülər nazirdən kömək istəyir - video

Bir qrup azərbaycanlı TIR sürücüsü təxminən bir aydır Estoniya sərhədində qaldıqlarını və Azərbaycana keçə bilmədiklərini bildirirlər.
Sürücülər xarici işlər naziri Ceyhun Bayramova müraciət edərək kömək istəyiblər.
Sürücülər müraciətlərində bildiriblər ki, noyabrın 30-da sərhədin bağlanacağı gözlənilir. Onların sözlərinə görə, ərzaq və dizel ehtiyatları tükənir, gecələri isə avtomobillərdə yatmağa məcbur qalırlar.
“Çox xahiş edirik, bizə kömək edin. Noyabrın 30-u sonuncu gündür, sərhəd bağlanır. Qidamız bitir. Maşınlarda oturan yerdə yatırıq. Maşınlarda dizelimiz bitir”, – sürücülər müraciətlərində qeyd ediblər.
Məsələ ilə bağlı Xarici İşlər Nazirliyinə sorğu göndərilib.

























