• $
  • €
  • ₽
  • ₺
  • £

Mətbuat Şurası bəyanat yayıb

Mətbuat Şurası bəyanat yayıb
27.11.2026 13:08

Azərbaycan Mətbuat Şurası informasiya məkanında baş verən proseslər zamanı media subyektlərindən və jurnalistlərdən peşəkarlığın nümayiş etdirilməsi tələbi ilə bağlı bəyanat yayıb.

Bəyanatda son dövrlər bəzi media təqdimatlarında jurnalistikanın missiyasına uyğun olmayan, hadisələrin mahiyyətindən daha çox süni rezonans yaratmağa hesablanmış yanaşmaların müşahidə olunduğu bildirilib.

“Azərbaycan Mətbuat Şurası hesab edir ki, jurnalistika ictimai maraq naminə deyil, auditoriyanın diqqətini cəlb etmək məqsədilə hadisələrdən istifadə vasitəsinə çevrilməməlidir. Xüsusilə, ayrı-ayrı tanınmış şəxslər, o cümlədən vəzifə səlahiyyətləri başa çatmış şəxslərlə bağlı yoxlanılmamış məlumatların, əsassız ittihamların və alçaldıcı ifadələrin yayılması yolverilməzdir. Belə təqdimatlar həm də ictimai müzakirə mədəniyyətinə xələl gətirir. Uşaqlarla bağlı məlumat və görüntülərin yayılmasında yol verilən qüsurlar narahatlıq doğurur. Onların şəxsi həyatının, kimliyinin və mənafelərinin qorunması medianın mühüm etik öhdəliyidir. Xüsusilə, faciəvi hadisələrdən zərər çəkmiş uşaqların kimliyinin açıqlanması, onların şəxsi məlumatlarının yayılması yolverilməzdir. Eyni zamanda, vətəndaşların şəxsi və biometrik məlumatlarının yayılması, bədbəxt hadisələr zamanı zərərçəkənlər barədə təsdiqlənməmiş informasiyaların tirajlanması peşə etikası prinsiplərinin pozulmasıdır.

Digər ciddi problem isə bəzi media materiallarında təqsirsizlik prezumpsiyasına əməl olunmamasıdır. Məhkəmə hökmü qanuni qüvvəyə minmədən şəxslərin cinayətkar kimi təqdim edilməsi, onların ictimai linç obyektinə çevrilməsinə yönələn çağırışlar hüquqi dövlət prinsipləri ilə uzlaşmır. Jurnalistikanın nüfuzuna xələl gətirən, vətəndaşların hüquqlarını və qanuni mənafelərini, işgüzar və şəxsi nüfuzlarını zərbə altında qoyan hallara münasibətdə prinsipial mövqe tutacaq.

Azərbaycan Mətbuat Şurası bütün media subyektlərini və jurnalistləri insan hüquqlarına, şəxsi həyatın toxunulmazlığına, təqsirsizlik prezumpsiyasına və “Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları”nın tələblərinə ciddi əməl etməyə çağırır”, – bəyanatda bildirilib.

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir sinifdə 52 şagird - valideyn şikayət etdi, direktor təkzib verdi
Cəmiyyət 12:52
Bir sinifdə 52 şagird - valideyn şikayət etdi, direktor təkzib verdi
Prosesin sürətlənməsinə ehtiyac var- deputat sənədsiz evlərdən danışdı
Cəmiyyət 12:34
Prosesin sürətlənməsinə ehtiyac var- deputat sənədsiz evlərdən danışdı
Axtarışda olan narkokuryer saxlanılıb
Cəmiyyət 12:25
Axtarışda olan narkokuryer saxlanılıb
Cinayətdə şübhəli bilinən 65 nəfər saxlanılıb
Cəmiyyət 12:06
Cinayətdə şübhəli bilinən 65 nəfər saxlanılıb
Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri yenidən bir araya gəlib
Cəmiyyət 11:50
Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri yenidən bir araya gəlib
Deputat ailə biznesləri üçün ayrıca inkişaf konsepsiyasının hazırlanmasını təklif edib
Cəmiyyət 11:38
Deputat ailə biznesləri üçün ayrıca inkişaf konsepsiyasının hazırlanmasını təklif edib
BDU-nun C blokunda tədris şəraiti ilə bağlı müraciətlər araşdırılacaq - rektor
Cəmiyyət 11:22
BDU-nun C blokunda tədris şəraiti ilə bağlı müraciətlər araşdırılacaq - rektor
Vətəndaşlar adlarını bir neçə dəfə dəyişə biləcəklər
Cəmiyyət 11:00
Vətəndaşlar adlarını bir neçə dəfə dəyişə biləcəklər
Fira Cəlilovanın bağ evində saxlanılan şəxslə bağlı yeni detallar
Cəmiyyət 09:49
Fira Cəlilovanın bağ evində saxlanılan şəxslə bağlı yeni detallar
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol