• $
  • €
  • ₽
  • ₺
  • £

Deputat ailə biznesləri üçün ayrıca inkişaf konsepsiyasının hazırlanmasını təklif edib

Deputat ailə biznesləri üçün ayrıca inkişaf konsepsiyasının hazırlanmasını təklif edib
27.11.2026 11:38

Milli Məclisin deputatı Razi Nurullayev Azərbaycanda ailə bizneslərinin inkişafı üçün ayrıca konsepsiyanın hazırlanmasını, güzəştli kreditlərin və xüsusi maliyyə proqramlarının tətbiqini təklif edib.

Deputat bildirib ki, ailə bizneslərinin əsas problemlərindən biri kapital çatışmazlığıdır. Onun sözlərinə görə, bu sahədə qeydiyyat, hesabatlılıq və sənədləşmə prosedurları da sadələşdirilməlidir.

Nurullayev qeyd edib ki, inkişaf etmiş ölkələrdə ailə biznesləri iqtisadiyyatın əsas sütunlarından biridir. O, Almaniyanın “Mittelstand” şirkətlərini, eləcə də İtaliya, Türkiyə və Cənubi Koreyada ailə şirkətlərinin iqtisadiyyatda rolunu nümunə göstərib.

Deputatın sözlərinə görə, Azərbaycanda da minlərlə ailə kiçik mağaza, emalatxana, xidmət sahəsi və kənd təsərrüfatı ilə məşğul olur. Son illərdə ailə bizneslərinin institusionallaşması istiqamətində addımlar atılıb. Bu baxımdan ABAD mərkəzlərinin fəaliyyəti müsbət nümunədir.

O bildirib ki, dövlət dəstəyi və düzgün marketinq yerli ailə təsərrüfatlarının brendlər yaratmasına və xarici bazarlara çıxmasına imkan verir.

Nurullayev ailə bizneslərinin nəsildən-nəslə ötürülməsi üçün vergi və hüquqi güzəştlərin tətbiqini də vacib sayıb. Onun fikrincə, biznes sahibinin vəfatından sonra yaranan hüquqi və maliyyə problemləri uzun illər ərzində qurulmuş müəssisələrin fəaliyyətini dayandırmasına səbəb ola bilər.

Deputat, həmçinin ailə biznesləri üçün peşəkar idarəetmə, marketinq və rəqəmsallaşma üzrə təlim və məsləhət proqramlarının təşkilini təklif edib.

O vurğulayıb ki, ailə bizneslərinin inkişafı yalnız iqtisadi deyil, həm də sosial sabitlik, regionların inkişafı və məşğulluq məsələsidir. Nurullayevin sözlərinə görə, bu bizneslər yeni iş yerləri yaradır, insanların doğma rayonlarında işləməsinə imkan verir və dövlətin sosial yükünü azaldır.

Gülnar NazimqızıMüəllifGülnar NazimqızıBütün xəbərləri
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
BDU-nun C blokunda tədris şəraiti ilə bağlı müraciətlər araşdırılacaq - rektor
Cəmiyyət 11:22
BDU-nun C blokunda tədris şəraiti ilə bağlı müraciətlər araşdırılacaq - rektor
Vətəndaşlar adlarını bir neçə dəfə dəyişə biləcəklər
Cəmiyyət 11:00
Vətəndaşlar adlarını bir neçə dəfə dəyişə biləcəklər
Fira Cəlilovanın bağ evində saxlanılan şəxslə bağlı yeni detallar
Cəmiyyət 09:49
Fira Cəlilovanın bağ evində saxlanılan şəxslə bağlı yeni detallar
Fira Cəlilovanın bağ evinə basqın iddiasına DİN-dən açıqlama
Cəmiyyət 09:15
Fira Cəlilovanın bağ evinə basqın iddiasına DİN-dən açıqlama
Babəkdə iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb
Cəmiyyət 23:52
Babəkdə iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb
Tovuzda iki qadını maşın vurub
Cəmiyyət 22:07
Tovuzda iki qadını maşın vurub
Azərbaycanda zəlzələ olub
Cəmiyyət 21:01
Azərbaycanda zəlzələ olub
“Dünya TV” cərimələnib
Cəmiyyət 20:56
“Dünya TV” cərimələnib
Səbaildə fərdi yaşayış evi yanıb
Cəmiyyət 20:29
Səbaildə fərdi yaşayış evi yanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol