Vətəndaşlar adlarını bir neçə dəfə dəyişə biləcəklər

Vətəndaşların adlarını subyektiv səbəblərlə bir neçə dəfə dəyişdirməsinə icazə verilir. Əvvəllər adını dəyişməsi şəxsin növbəti müraciətinin rədd edilməsi üçün əsas ola bilməz.
Bu barədə Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun iclasında qərar qəbul edilib.
Qərar Ali Məhkəmənin müraciəti əsasında adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydalarının qanunvericiliyə uyğunluğunun şərh edilməsinə dair konstitusiya işinə baxıldıqdan sonra qəbul olunub.
Konstitusiya Məhkəməsi bildirib ki, Azərbaycan Konstitusiyasının 32-ci maddəsi, Mülki Məcəllənin 26.4-cü və Ailə Məcəlləsinin 189-cu maddələrinin tələbləri nəzərə alınmaqla, adın subyektiv səbəblərlə yenidən dəyişdirilməsi barədə müraciətlər yalnız əvvəlki dəyişiklik faktına görə rədd edilə bilməz.
Bununla yanaşı, məhkəmə Nazirlər Kabinetinə adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydalarının müvafiq qanunvericiliyə uyğunlaşdırılmasını tövsiyə edib.
Son xəbərlər 
Daha çox 






















