“X” yeniyetmələr üçün yeni valideyn nəzarəti funksiyalarını istifadəyə verib

“X” sosial platforması 13-17 yaşlı yeniyetmələr üçün yeni valideyn nəzarəti funksiyalarını istifadəyə verib.
Platformanın məlumatına görə, valideynlər övladlarının “X”də keçirdiyi vaxta nəzarət edə və gündəlik istifadə limiti təyin edə biləcəklər.
Bundan başqa, məzmun tövsiyələrini və videoları yeniyetmələrin izlədiyi hesablarla məhdudlaşdırmaq, müəyyən sözləri filtrləmək və həssas media məzmununu bloklamaq mümkün olacaq.
Valideynlər övladlarının şəxsi mesajlarını oxuya, axtarış və baxış tarixçəsinə baxa, onların adından paylaşım edə və hesablarına daxil ola bilməyəcəklər.
Son xəbərlər 
Daha çox 























