• $
  • £

1980-ci illər trendinin görünməyən tərəfi: Fotolarımız necə istifadə olunur?

1980-ci illər trendinin görünməyən tərəfi: Fotolarımız necə istifadə olunur?
17.09.2026 17:51

Süni intellekt sistemlərinə yüklənən şəxsi fotolar üz həndəsəsi və yaş kimi biometrik məlumatların əldə edilməsinə imkan yarada bilər və həmin məlumatların gələcəkdə necə istifadə olunacağı məlum deyil. Bunu texnologiya və kibertəhlükəsizlik üzrə ekspert Cengiz Çalıkoğlu öz tvitter hesabında bildirib.


Sosial şəbəkələrdə istifadəçilərin fotolarını süni intellekt vasitəsilə 1980-ci illərin üslubuna çevirməsi son günlər populyarlaşıb.


“Süni intelektə yüklədiyimiz şey yalnız bir foto olmaya bilər. Fotonun arxasında üzümüz, üz həndəsəmiz, yaşımıza dair çıxarılan nəticələr, vizual xüsusiyyətlərimiz və süni intellektin həmin görüntüdən yarada biləcəyi yeni məlumatlar dayanır”, - texnologiya, süni intellekt, kibertəhlükəsizlik və rəqəmsal transformasiya sahəsində çalışan Çalıkoğlu deyib.


Onun sözlərinə görə, istifadəçilər yüklədikləri məlumatların harada emal edildiyini, nə qədər müddət saxlanıldığını, hansı sistemlərdən keçdiyini və hansı məqsədlərlə istifadə oluna biləcəyini çox vaxt bilmirlər.


“Şifrənizi, telefon nömrənizi və elektron poçt ünvanınızı dəyişə bilərsiniz. Amma üzünüzü dəyişə bilməzsiniz. Buna görə də biometrik məlumatların təhlükəsizliyi adi fərdi məlumatların qorunmasından fərqli əhəmiyyət daşıyır”, — o bildirib.


Çalıkoğlu ABŞ Federal Ticarət Komissiyasının (FTC) araşdırdığı bir işi nümunə göstərib. Həmin işdə bir foto tətbiqinin istifadəçilərin şəkillərindən milyonlarla üz təsviri əldə etdiyi və bu məlumatları üz tanıma texnologiyalarının hazırlanmasında istifadə etdiyi iddia olunub. FTC şirkətdən üz məlumatları əsasında yaradılmış rəqəmsal göstəriciləri, modelləri və alqoritmləri silməyi tələb edib.


Ekspert ABŞ Milli Standartlar və Texnologiya İnstitutuna (NIST) istinadla bildirib ki, üz təsvirləri açıq mənbələrdən əldə edilə bildiyi üçün biometrik xüsusiyyətlər məxfi məlumat hesab edilmir, onların mərkəzləşdirilmiş şəkildə saxlanılması isə əlavə təhlükəsizlik və məxfilik riskləri yaradır.
Onun sözlərinə görə, bu cür şəkillər gələcəkdə “deepfake” materialların hazırlanması, üzlərin uyğunlaşdırılması, şəxsiyyətin təqlidi və müxtəlif məlumat bazalarının bir-biri ilə əlaqələndirilməsi üçün istifadə oluna bilər.


“Bu trendin kəşfiyyat əməliyyatı olduğunu demək üçün əlimizdə kifayət qədər sübut yoxdur. Amma daha vacib sual budur: mən öz məlumatımı hansı sistemə və hansı şərtlərlə təqdim edirəm?” - Çalıkoğlu deyib.


O bildirib ki, istifadəçilər foto yükləməzdən əvvəl məlumatların kimə məxsus olacağını, harada və hansı məqsədlə emal ediləcəyini, nə qədər saxlanılacağını və silinmə tələbindən sonra həqiqətən silinib-silinməyəcəyini yoxlamalıdırlar.


“Gələcəyin kibertəhlükəsizliyi yalnız kompüterlərimizi, telefonlarımızı və sistemlərimizi deyil, bizi tanımlayan məlumatları da qorumaq olacaq”, - Çalıkoğlu bildirib.

Gülnar Nazimqızı

Oxşar xəbərlər
Oxşar xəbərlər
1980-ci illər trendinin görünməyən tərəfi: Fotolarımız necə istifadə olunur?
Texnologiya 17:51
1980-ci illər trendinin görünməyən tərəfi: Fotolarımız necə istifadə olunur?
Beş icra hakimiyyəti İT sistemlərini "Hökumət buludu"na köçürüb
Texnologiya 10:21
Beş icra hakimiyyəti İT sistemlərini "Hökumət buludu"na köçürüb
Rusiya Pavel Durovu terrorçular və ekstremistlər siyahısına daxil edib
Texnologiya 16:59
Rusiya Pavel Durovu terrorçular və ekstremistlər siyahısına daxil edib
SpaceX-in bazar dəyəri 1,2 trilyon dollar azalıb
Texnologiya 16:16
SpaceX-in bazar dəyəri 1,2 trilyon dollar azalıb
“WhatsApp”da yeni funksiyalar
Texnologiya 11:36
“WhatsApp”da yeni funksiyalar
Azərbaycan və Rusiya XİN-ləri arasında Məsləhətləşmələr Planı imzalanıb
Texnologiya 15:40
Azərbaycan və Rusiya XİN-ləri arasında Məsləhətləşmələr Planı imzalanıb
Azərbaycanda altı ayda dövlət qurumlarının adına bənzər 20 saxta domen bloklanıb
Texnologiya 15:07
Azərbaycanda altı ayda dövlət qurumlarının adına bənzər 20 saxta domen bloklanıb
Azercell-in dəstəyi ilə “RobotChallenge Azerbaijan 2026” uğurla başa çatdı
Texnologiya 16:42
Azercell-in dəstəyi ilə “RobotChallenge Azerbaijan 2026” uğurla başa çatdı
Elon Muskı ilk trilyonerə çevirə bilər
Texnologiya 09:37
Elon Muskı ilk trilyonerə çevirə bilər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol