• $
  • €
  • ₽
  • ₺
  • £

MKA "Android TV box" cihazları barədə xəbərdarlıq edib

MKA "Android TV box" cihazları barədə xəbərdarlıq edib
05.11.2026 14:33

Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) Azərbaycanda satılan bəzi "Android TV box" cihazlarında "BADBOX 2.0" botnet kampaniyasına aid zərərli komponentlərin aşkarlanması barədə xəbərdarlıq edir.

Bu barədə agentlik məlumat yayıb.

Bildirilib ki, cari ilin oktyabr ayında bir sıra dövlət qurumlarının internet resurslarına qarşı DDoS hücumları qeydə alınıb. Hücum traffikinin bir hissəsi Azərbaycan seqmentinə aid IP ünvanlarından daxil olub, bu ünvanların bir qismi isə "Android TV box" cihazlarının istifadə edildiyi bağlantılarla əlaqəli çıxıb.

Agentliyin araşdırması göstərib ki, hücumlarla əlaqələndirilən modeldəki cihazın proqram təminatında uzaqdan idarəetməyə imkan verən bir neçə zərərli komponent var. Cihazlar bu komponentlərlə hələ istehsal və ya paylama mərhələsində yoluxdurulur.

Yoluxmuş cihaz sahibinin xəbəri olmadan kibercinayətkarların nəzarətinə keçir. Onun internet bağlantısı DDoS və digər hücumlarda istifadə oluna bilər, bu zaman hücum mənbəyi kimi adi ev istifadəçilərinin IP ünvanları görünə bilər. Zərərli kod cihazın proqram təminatının içərisində olduqda ilkin parametrlərinə qaytarılması da problemi həll etməyə bilər.

Bununla əlaqədar, MKA vətəndaşlara və təşkilatlara aşağıdakı tədbirlərin görülməsini tövsiyə edir:

mənşəyi məlum olmayan və etibarlı istehsalçı tərəfindən dəstəklənməyən Android cihazlarını ("TV box"-lar, proyektorlar və s.) almamaq və istifadə etməmək; tətbiqləri yalnız rəsmi və etibarlı mənbələrdən yükləmək; şübhəli cihazları internetdən ayırmaq və təhlükəsizliyi təmin edilənədək istifadə etməmək; təşkilatlarda bu növ cihazların şəbəkəyə qoşulmasını məhdudlaşdırmaq, belə cihazları əsas şəbəkədən ayırmaq və onların şübhəli xarici serverlərlə əlaqələrini izləmək; şübhəli fəaliyyət və yoluxma halları barədə Milli CERT-ə məlumat vermək.

Təhlil nəticəsində müəyyən edilmiş indikatorlar Agentliyin misp.cert.az – İnsident Məlumatlarının Mübadiləsi Platformasına əlavə edilib.


Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Agentlikdən “WhatsApp” hesablarının ələ keçirilməsi ilə bağlı xəbərdarlıq
Texnologiya 21:01
Agentlikdən “WhatsApp” hesablarının ələ keçirilməsi ilə bağlı xəbərdarlıq
Nazir Rəşad Nəbiyev Karolin Vik ilə görüşüb
Texnologiya 17:37
Nazir Rəşad Nəbiyev Karolin Vik ilə görüşüb
Spotify və TikTok Azərbaycanda ƏDV üzrə vergi uçotuna alınıb
Texnologiya 10:39
Spotify və TikTok Azərbaycanda ƏDV üzrə vergi uçotuna alınıb
Tramp süni intellektlə bağlı açıqlama verəcək
Texnologiya 12:44
Tramp süni intellektlə bağlı açıqlama verəcək
Süni intellekt modellərinin təlimində insanın payı 20%-ə düşüb – Kai-Fu Li
Texnologiya 15:01
Süni intellekt modellərinin təlimində insanın payı 20%-ə düşüb – Kai-Fu Li
1980-ci illər trendinin görünməyən tərəfi: Fotolarımız necə istifadə olunur?
Texnologiya 17:51
1980-ci illər trendinin görünməyən tərəfi: Fotolarımız necə istifadə olunur?
Beş icra hakimiyyəti İT sistemlərini "Hökumət buludu"na köçürüb
Texnologiya 10:21
Beş icra hakimiyyəti İT sistemlərini "Hökumət buludu"na köçürüb
Rusiya Pavel Durovu terrorçular və ekstremistlər siyahısına daxil edib
Texnologiya 16:59
Rusiya Pavel Durovu terrorçular və ekstremistlər siyahısına daxil edib
SpaceX-in bazar dəyəri 1,2 trilyon dollar azalıb
Texnologiya 16:16
SpaceX-in bazar dəyəri 1,2 trilyon dollar azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol