• $
  • €
  • ₽
  • ₺
  • £

Beş icra hakimiyyəti İT sistemlərini "Hökumət buludu"na köçürüb

Beş icra hakimiyyəti İT sistemlərini "Hökumət buludu"na köçürüb
06.08.2026 10:21

Sumqayıt Şəhər İcra Hakimiyyəti, həmçinin Salyan, Şəmkir, Ağsu və Hacıqabul rayon icra hakimiyyətləri informasiya sistemləri və İT resurslarını dövlətin "Hökumət buludu" (G-cloud) platformasına köçürüblər. Bu barədə layihənin icraçısı olan "AzInTelecom" MMC məlumat yayıb.

Məlumata görə, adıçəkilən qurumların İT resursları "AzInTelecom"a məxsus Bakı Əsas Data Mərkəzində yerləşdirilib və onlara Virtual Server (Infrastructure-as-a-Service – IaaS) xidməti təqdim olunub. Şirkət bunun nəticəsində kritik informasiya sistemlərinin yüksək əlçatanlığının təmin edildiyini bildirib.

Layihə çərçivəsində dövlət qurumlarının informasiya sistemləri tam və ya qismən "AzInTelecom"un data mərkəzlərinə miqrasiya edilir. Şirkətin məlumatına görə, bu, İT xərclərinin azaldılmasına, sistemlərin məhsuldarlığının artırılmasına, daha təhlükəsiz və dayanıqlı infrastrukturun formalaşdırılmasına, həmçinin 24 saat fasiləsiz monitorinq xidmətinin təmin edilməsinə imkan yaradır.

"Hökumət buludu" layihəsi Azərbaycan Prezidenti İlham Əliyevin 3 iyun 2019-cu il tarixli fərmanına əsasən həyata keçirilir. Layihənin məqsədi dövlət qurumlarının informasiya sistemlərini vahid bulud infrastrukturunda cəmləşdirərək dövlət informasiya resurslarının idarə edilməsinin səmərəliliyini və kibertəhlükəsizliyini artırmaqdır. AZCON Holding-in tərkibinə daxil olan "AzInTelecom" bulud xidmətlərini TIER III beynəlxalq standartlarına uyğun data mərkəzləri vasitəsilə təqdim edir.

Gülnar Nazimqızı

Oxşar xəbərlər
Oxşar xəbərlər
Spotify və TikTok Azərbaycanda ƏDV üzrə vergi uçotuna alınıb
Texnologiya 10:39
Spotify və TikTok Azərbaycanda ƏDV üzrə vergi uçotuna alınıb
Tramp süni intellektlə bağlı açıqlama verəcək
Texnologiya 12:44
Tramp süni intellektlə bağlı açıqlama verəcək
Süni intellekt modellərinin təlimində insanın payı 20%-ə düşüb – Kai-Fu Li
Texnologiya 15:01
Süni intellekt modellərinin təlimində insanın payı 20%-ə düşüb – Kai-Fu Li
1980-ci illər trendinin görünməyən tərəfi: Fotolarımız necə istifadə olunur?
Texnologiya 17:51
1980-ci illər trendinin görünməyən tərəfi: Fotolarımız necə istifadə olunur?
Beş icra hakimiyyəti İT sistemlərini "Hökumət buludu"na köçürüb
Texnologiya 10:21
Beş icra hakimiyyəti İT sistemlərini "Hökumət buludu"na köçürüb
Rusiya Pavel Durovu terrorçular və ekstremistlər siyahısına daxil edib
Texnologiya 16:59
Rusiya Pavel Durovu terrorçular və ekstremistlər siyahısına daxil edib
SpaceX-in bazar dəyəri 1,2 trilyon dollar azalıb
Texnologiya 16:16
SpaceX-in bazar dəyəri 1,2 trilyon dollar azalıb
“WhatsApp”da yeni funksiyalar
Texnologiya 11:36
“WhatsApp”da yeni funksiyalar
Azərbaycan və Rusiya XİN-ləri arasında Məsləhətləşmələr Planı imzalanıb
Texnologiya 15:40
Azərbaycan və Rusiya XİN-ləri arasında Məsləhətləşmələr Planı imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol