• $
  • €
  • ₽
  • ₺
  • £

Tramp süni intellektlə bağlı açıqlama verəcək

Tramp süni intellektlə bağlı açıqlama verəcək
28.09.2026 12:44

ABŞ Prezidenti Donald Tramp sentyabrın 28-də Ağ Evdə süni intellektlə bağlı açıqlama verəcəyini açıqlayıb. 


Açıqlama Bakı vaxtı ilə saat 22:00-a planlaşdırılıb. Tədbirin konkret məzmunu əvvəlcədən açıqlanmayıb.


Tramp bundan əvvəl Anthropic şirkətinin baş icraçı direktoru Dario Amodei ilə Ağ Evdə şam yeməyi keçirib.

ABŞ Prezidenti jurnalistlərə Amodeini “çox hörmətli” şəxs adlandırıb və süni intellekt şirkətlərinin rəhbərləri ilə çərşənbə axşamı keçiriləcək görüşün mühüm olacağını deyib.


Tramp və Nümayəndələr Palatasının spikeri Mayk Consonun həmin görüşdə aparıcı süni intellekt şirkətlərinin rəhbərləri ilə bir araya gələcəyi gözlənilir.


Amodei süni intellekt texnologiyalarının nəzarətsiz inkişafının bəşəriyyət üçün təhlükə yarada biləcəyi barədə xəbərdarlıq edir və təhlükəsizlik məqsədilə inkişaf tempinin zərurət yarandıqda azaldılmasını müdafiə edir.


Tramp isə süni intellektin inkişaf tempinin aşağı salınmasının ABŞ-ni Çinlə rəqabətdə zəiflədə biləcəyini bildirərək bu yanaşmaya qarşı çıxır.

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp süni intellektlə bağlı açıqlama verəcək
Texnologiya 12:44
Tramp süni intellektlə bağlı açıqlama verəcək
Süni intellekt modellərinin təlimində insanın payı 20%-ə düşüb – Kai-Fu Li
Texnologiya 15:01
Süni intellekt modellərinin təlimində insanın payı 20%-ə düşüb – Kai-Fu Li
1980-ci illər trendinin görünməyən tərəfi: Fotolarımız necə istifadə olunur?
Texnologiya 17:51
1980-ci illər trendinin görünməyən tərəfi: Fotolarımız necə istifadə olunur?
Beş icra hakimiyyəti İT sistemlərini "Hökumət buludu"na köçürüb
Texnologiya 10:21
Beş icra hakimiyyəti İT sistemlərini "Hökumət buludu"na köçürüb
Rusiya Pavel Durovu terrorçular və ekstremistlər siyahısına daxil edib
Texnologiya 16:59
Rusiya Pavel Durovu terrorçular və ekstremistlər siyahısına daxil edib
SpaceX-in bazar dəyəri 1,2 trilyon dollar azalıb
Texnologiya 16:16
SpaceX-in bazar dəyəri 1,2 trilyon dollar azalıb
“WhatsApp”da yeni funksiyalar
Texnologiya 11:36
“WhatsApp”da yeni funksiyalar
Azərbaycan və Rusiya XİN-ləri arasında Məsləhətləşmələr Planı imzalanıb
Texnologiya 15:40
Azərbaycan və Rusiya XİN-ləri arasında Məsləhətləşmələr Planı imzalanıb
Azərbaycanda altı ayda dövlət qurumlarının adına bənzər 20 saxta domen bloklanıb
Texnologiya 15:07
Azərbaycanda altı ayda dövlət qurumlarının adına bənzər 20 saxta domen bloklanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol