Abdurazaqov: Sovet dövrünün dərsliklərindəki heç kim səhv axtarmırdı

Təhsil İnstitutunun şöbə müdiri Rasim Abdurazaqov Sovet dövründə nəşr olunan dərsliklərdə çoxlu səhvlərin olduğunu, lakin onlara kimsənin diqqət yetirmədiyini açıqlayıb. O, 2002-ci ildən sonra azərbaycanlı mütəxəssislərin hazırladığı dərsliklərə münasibətin isə fərqli olduğunu deyib.
"Sovet dövründə olan kitablarda nə qədər səhvlər var idi. Amma bir nəfər görmədim ki, o kitablarda səhv tutsun. Amma 2002-ci ildən sonra dərslik yazan azərbaycanlı mütəxəssislərin hazırladığı dərslikdə hamı səhv tapmağa çalışır," – Abdurazaqov deyib

























