Səbaildə fərdi yaşayış evi yanıb

Bakının Səbail rayonunda fərdi yaşayış evində yanğın baş verib.Hadisə Xanlar küçəsində qeydə alınıb.
Yanğın barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə məlumat daxil olub. Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.
Yanğınsöndürənlərin müdaxiləsi nəticəsində ümumi sahəsi 400 kvadratmetr olan ikimərtəbəli fərdi yaşayış evinin mətbəxində baş vermiş yanğın qısa müddətdə söndürülüb. Yanğının evin digər otaqlarına və yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb.
Yanğın nəticəsində evin mətbəxinin yanar konstruksiyaları 20 kvadratmetr sahədə, dam örtüyünün taxta atmaları isə 1 kvadratmetr sahədə yanıb.
Evin böyük hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Son xəbərlər 
Daha çox 























