“Azeri Light” neftinin qiyməti 102 dolları ötüb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 2,43 dollar və ya 2,42% artaraq 102,77 dollara çatıb.
Hərracların nəticələrinə görə, “Brent” markalı neftin yanvar fyuçerslərinin qiyməti 97,56 dollar təşkil edib.
Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” neftinin bir barelinin qiyməti isə 2,4 dollar və ya 2,51% artaraq 98,01 dollara yüksəlib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 dollar götürülüb.
“Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 dollar, ən yüksək qiyməti isə 2008-ci ilin iyulunda 149,66 dollar olub.
Azərbaycanda bu markalı neft “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi çərçivəsində hasil edilir. Müqavilədə SOCAR-ın payı 35,3%-dir.

Son xəbərlər 
Daha çox 






















