• $
  • €
  • ₽
  • ₺
  • £

Nazir: Zəngəzur dəhlizi Şərqlə Qərb arasında yeni marşrut açacaq

Nazir: Zəngəzur dəhlizi Şərqlə Qərb arasında yeni marşrut açacaq
26.11.2026 11:53

Energetika naziri Pərviz Şahbazov Çinin Çindao şəhərində keçirilən “Kəmər və Yol” təşəbbüsü üzrə energetika nazirlərinin IV konfransında çıxış edib.

Nazirlikdən verilən məlumata görə, çıxışda Çin Xalq Respublikasının Sədri Si Cinpinin irəli sürdüyü “Kəmər və Yol” təşəbbüsünü Azərbaycanın ilk dəstəkləyən ölkələrdən biri olduğu bildirilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, təşəbbüs çərçivəsində ölkə daxilində və xaricdə yatırılan sərmayənin həcminə görə Azərbaycanın Çindən sonra ikinci yerdə olduğu diqqətə çatdırılıb. Orta Dəhlizin Çinlə Avropa arasında nəqliyyat əlaqələrini gücləndirdiyi, Zəngəzur dəhlizinin isə Şərqlə Qərb arasında yeni marşrut açacağı qeyd olunub.

“Liderlərimizin siyasi iradəsi ilə münasibətlərimizin hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi “Kəmər və Yol” təşəbbüsü çərçivəsində əməkdaşlığımızın genişlənməsini və təmiz enerji sahəsində birgə layihələrin inkişafını dəstəkləyir. Çin şirkətləri ilə quruda günəş və dənizdə külək enerjisi, enerji saxlancı və elektrik şəbəkəsi infrastrukturu üzrə çoxsaylı müqavilələrin imzalanması, “China Energy” ilə hərtərəfli strateji tərəfdaşlığın qurulması, bu yaxınlarda günəş elektrik stansiyasının istifadəyə verilməsi və elektrik şəbəkəsi üzrə tədqiqatın aparılması bu siyasətin konkret nəticələridir”, - deyə nazir əlavə edib.

Bağlantıların strateji resursa çevrildiyi dövrdə Azərbaycanın “Kəmər və Yol” təşəbbüsünə yeni töhfəsinin Avrasiyanın elektrik enerjisi bazarlarını yaşıl enerji dəhlizləri vasitəsilə birləşdirmək olduğu bildirilib. Bu dəhlizlərin yaradılmasında Çin şirkətləri ilə əməkdaşlıq imkanları diqqətə çatdırılıb. Qeyd olunub ki, Mərkəzi Asiya, Xəzər, Cənubi Qafqaz, Türkiyə və Avropanı əhatə edən bu dəhlizlər müasir İpək Yolu boyunca yaşıl enerji qurşağı formalaşdırmaqla Çinlə çoxşaxəli enerji tərəfdaşlığına da yol açır.

Çıxışda Birgə Nazirlər Bəyanatının enerji təhlükəsizliyi və enerji keçidinin paralel irəlilədilməsi, transsərhəd infrastruktura investisiyaların artırılması və təmiz enerji texnologiyalarına çıxışın genişləndirilməsi üzrə məqsədlərinə də toxunulub.

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ukrayna ordusu Zaporojye və Belqoroda PUA zərbələri endirib, altı nəfər ölüb
İqtisadiyyat 11:40
Ukrayna ordusu Zaporojye və Belqoroda PUA zərbələri endirib, altı nəfər ölüb
Birbank-ın “Yığ və qazan” lotereyasının ilk tirajının qalibləri bəlli oldu
İqtisadiyyat 11:25
Birbank-ın “Yığ və qazan” lotereyasının ilk tirajının qalibləri bəlli oldu
Bakıda “Ümumdünya Dayanıqlı Nəqliyyat Günü – 2026” beynəlxalq forumu işə başlayıb
İqtisadiyyat 11:09
Bakıda “Ümumdünya Dayanıqlı Nəqliyyat Günü – 2026” beynəlxalq forumu işə başlayıb
PAŞA Bank X Beynəlxalq Bankçılıq Forumunda iştirak edib
İqtisadiyyat 10:53
PAŞA Bank X Beynəlxalq Bankçılıq Forumunda iştirak edib
Ailə başçısını itirməyə görə pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:47
Ailə başçısını itirməyə görə pensiya alanların sayı açıqlanıb
Biznes xərclərinə nəzarət Yelo Bank-ın tarif paketləri ilə daha rahatdır!
İqtisadiyyat 09:39
Biznes xərclərinə nəzarət Yelo Bank-ın tarif paketləri ilə daha rahatdır!
PAŞA Bank və Deloitte Private “Best Managed Companies Azerbaijan 2027” proqramı üzrə növbəti əməkdaşlıq müqaviləsini imzalayıb
İqtisadiyyat 09:37
PAŞA Bank və Deloitte Private “Best Managed Companies Azerbaijan 2027” proqramı üzrə növbəti əməkdaşlıq müqaviləsini imzalayıb
Azercell-in rəqəmsal inkişaf modeli Filip Kotlerin beynəlxalq nəşrində təqdim edilib
İqtisadiyyat 09:34
Azercell-in rəqəmsal inkişaf modeli Filip Kotlerin beynəlxalq nəşrində təqdim edilib
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:30
Azərbaycan nefti bahalaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol

Son xəbərlər

Daha çox