• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan-Estoniya münasibətlərində müsbət dinamika müşahidə olunur

Azərbaycan-Estoniya münasibətlərində müsbət dinamika müşahidə olunur
27.11.2026 12:43

Azərbaycan-Estoniya münasibətlərində müsbət dinamika müşahidə olunur.Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Estoniyanın xarici işlər naziri ilə birgə jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.

Nazir bildirib ki, ötən ilin oktyabrında estoniyalı həmkarının Azərbaycana rəsmi səfərindən sonra iki ölkə arasında təmaslar intensiv şəkildə davam edib.

Onun sözlərinə görə, bu ilin iyununda üç ölkə arasında siyasi məsləhətləşmələr keçirilib, noyabrın əvvəlində isə Tallində Azərbaycan-Estoniya iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclası baş tutub.

C.Bayramov parlamentlərarası əlaqələrin, o cümlədən hər iki ölkənin parlamentində fəaliyyət göstərən dostluq qruplarının ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynadığını vurğulayıb.

Nazir qeyd edib ki, Estoniyanın Azərbaycanda səfirliyinin açılması ikitərəfli münasibətlər baxımından mühüm hadisədir:

“Artıq həm Estoniyanın Bakıdakı, həm də Azərbaycanın Tallindəki səfirlikləri ölkələrimiz arasında münasibətlərə öz müsbət töhfələrini vermək iqtidarında olacaqlar”.

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Estoniyada təhsil alan azərbaycanlı tələbələrin sayı açıqlanıb
Siyasət 12:50
Estoniyada təhsil alan azərbaycanlı tələbələrin sayı açıqlanıb
Ötən il 2 minə yaxın estoniyalı turist Azərbaycana səfər edib
Siyasət 12:49
Ötən il 2 minə yaxın estoniyalı turist Azərbaycana səfər edib
Azərbaycan və Estoniya arasında ticarət dövriyyəsi 32 milyon dollar təşkil edib
Siyasət 12:45
Azərbaycan və Estoniya arasında ticarət dövriyyəsi 32 milyon dollar təşkil edib
Bakıda Azərbaycan və Estoniya XİN rəhbərlərinin təkbətək görüşü keçirilir
Siyasət 12:27
Bakıda Azərbaycan və Estoniya XİN rəhbərlərinin təkbətək görüşü keçirilir
Milli Məclisin növbəti iclası başlayıb
Siyasət 11:10
Milli Məclisin növbəti iclası başlayıb
İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
Siyasət 10:57
İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
Azərbaycan və Avstraliya arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 14:54
Azərbaycan və Avstraliya arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan və Çin beynəlxalq avtomobil daşımaları sahəsində əməkdaşlıq edəcək
Siyasət 13:25
Azərbaycan və Çin beynəlxalq avtomobil daşımaları sahəsində əməkdaşlıq edəcək
Prezidentdən xarici ölkələrə ixracla bağlı - fərman
Siyasət 14:20
Prezidentdən xarici ölkələrə ixracla bağlı - fərman
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol