Qarabağda dənli və dənli-paxlalı bitkilərin yığımı 7,5 faiz artıb

2026-cı ilin yanvar-sentyabrında Qarabağ iqtisadi rayonunda 547,9 min ton dənli və dənli-paxlalı bitkilər yığılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,5 faiz çoxdur. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.
Ən çox məhsul Ağcabədi rayonunda (181,5 min ton), Füzulidə (146,6 min ton) və Bərdədə (69,1 min ton) toplanıb.
Ağdamda 56,3 min ton, Xocavənddə 34,9 min ton, Tərtərdə 34,3 min ton, Xocalıda 14,9 min ton, Ağdərədə 5,7 min ton, Şuşada isə 4,6 min ton məhsul yığılıb.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə ən yüksək artım Xocalıda qeydə alınıb. Rayonda məhsul yığımı 2,3 dəfə artıb. Tərtərdə 25,5 faiz, Şuşada 18,5 faiz, Bərdədə 13,2 faiz, Ağcabədidə 8,1 faiz, Xocavənddə 6,1 faiz, Füzulidə isə 4,4 faiz artım olub.
Eyni zamanda, Ağdamda məhsul yığımı 12,8 faiz, Ağdərədə isə 21,1 faiz azalıb.

























