Güclü külək əsəcək - Xəbərdarlıq

17:44 | 10.05.2024
Güclü külək əsəcək - Xəbərdarlıq

Güclü külək əsəcək - Xəbərdarlıq

Qarşıdakı günlərdə Bakıda və Abşeron yarımadasında hava şəraitinin küləkli keçəcəyi, yağış yağacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.


Bildirilib ki, mayın 12-si günün ikinci yarısından 13-ü gündüzədək şimal-qərb küləyinin 15-18 m/s, yarımadanın bəzi yerlərində arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir.


Həmçinin qeyd edilən tarixlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM