Banklar hərracda nə qədər dollar alıb? - Məbləğ

12:56 | 16.05.2024
Banklar hərracda nə qədər dollar alıb? - Məbləğ

Banklar hərracda nə qədər dollar alıb? - Məbləğ

Azərbaycan Mərkəzi Bankı cümə axşamı valyuta hərracında 44,9 milyon ABŞ dolları satıb. 
 
Bu məbləğ əvvəlki hərrac zamanı 107,1 milyon ABŞ dolları olub. 
 
"Cümə axşamı hərracda tələb 44,9 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub.Hərracın ortaçəkili məzənnəsi 1,7000 manat təşkil edib", - mərkəzdən bildirilib.

2024-cü ilin birinci rübündə  Mərkəzi Bankın valyuta ehtiyatları 0,35% və ya 41,4 milyon dollar artıb.
 
12 yanvar 2017-ci il tarixindən etibarən AMB valyuta hərraclarının yeni mexanizminin tətbiqinə başlayıb.

Hərraclar rəqabətli şəraitdə valyutanın birtərəfli satışı formasında keçirilir.

2022-ci ildə ARDNF hərraclarda 4 milyard 681,8 milyon ABŞ dolları məbləğində  xarici valyuta satıb.

 
Aygün





www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM