2024-cü il aprelin 1-nə əhalinin banklardakı əmanətlərinin məbləği milli valyuta ekvivalentində 13150,5 milyon manat olub, bu da il ərzində qeydə alınmış 9,9% artım deməkdir. Bu barədə Dövlət Statistika Komitəsinin hesabatında qeyd olunub.
Bildirilib ki, əmanətlərin 64,9 %-i milli, 35,1%-i xarici
valyutada qoyulub
Hesabat dövründə , xarici valyutada qoyulmuş əmanətlərin
məbləği 2023-cü ilin eyni dövrü ilə müqayisədə 1,2 %, milli
valyutada olan əmanətlərin məbləği isə 15,3 % artıb.
Aprelin 1-i Mərkəzi Bank uçot dərəcəsini 0,25% azaldaraq 7,5%-dən 7,25% səviyyəsinə endirib.
"Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7,25%, faiz dəhlizinin aşağı həddi 6,25% saxlanılıb, faiz dəhlizinin yuxarı həddi isə 8,5%-dən 8,25%-ə endirilib. ", - Mərkəzi Bankın məlumatında bildirilib.
Aygün
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !