Azərbaycan əhalisinin sayı ilin əvvəlindən 12 min 801 nəfər və ya 0,1 faiz artaraq 2024-cü il mayın 1-i vəziyyətinə 10 milyon 193 min 571 nəfərə çatıb. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, əhalinin ümumi sayının 54,5 faizini şəhər, 45,5 faizini kənd sakinləri təşkil edir. Onlardan 49,8 faizi kişi, 50,2 faizi isə qadınlardır.
Bu ilin yanvar-aprelində ölkədə 20 min 963 ölüm halı qeydə alınıb.
Bildirilib ki, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 6,4-dən 6,2-yə düşüb.
Aytac
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !