Bakıda tıxacların qarşısını almaq üçün daha 10 metro stansiya tikiləcək. Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bildirib.
Onun sözlərinə görə, Bakıda yeni yol infrastruktur layihələrini icra etmək üçün artıq ilk 7-8 layihə seçilib, beynəlxalq mütəxəssislər cəlb edilib.
Bakının avtobus parkının elektrobuslarla əvəzlənməsi prosesinin də başladığını vurğulayıb.
"Biz artıq 150-dən çox yeni elektrobus gətirmişik və eyni zamanda, bu il Azərbaycanda yerli elektrobus istehsalı da başlanacaq”, - o bildirib.
N.Təbrizli
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !