Faktiki hava açıqlanıb

10:50 | 17.06.2024
Faktiki hava açıqlanıb

Faktiki hava açıqlanıb

Bu gün saat 10:00-a olan məlumata əsasən, əksər rayonlarda hava şəraiti sabit, əsasən yağmursuz keçib, lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxıb, arabir yağış yağıb.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Düşən yağıntının miqdarı Gədəbəydə 3 mm, Şəkidə 1 mm-dək olub. İyunun 16-da şərq küləyi Culfada arabir 19 m/s-dək güclənib.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 34, Naxçıvan MR-da və Aran rayonlarında 37, dağlıq rayonlarda 28 dərəcəyədək isti olub

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM