Azərbaycan Mərkəzi Bankı çərşənbə axşamı valyuta hərracında 87,8 milyon ABŞ dolları satıb. Bu barədə Mərkəzi Bankdan məlumat verilib.
Bu məbləğ əvvəlki hərrac zamanı 88,5 milyon ABŞ dolları olub.
"Çərşənbə axşamı hərracda tələb 87,8 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub. Hərracın ortaçəkili məzənnəsi 1,7000 manat təşkil edib. Tələbin nisbətən yüksək olması cari həftənin çərşənbə axşamının qeyri-iş gününə təsadüf etməsi ilə bağlı olaraq hərracın qrafik üzrə keçirilməməsi səbəbindən yığılan tələblə əlaqədardır.", - mərkəzdən bildirilib.
2024-cü ilin birinci rübündə Mərkəzi Bankın valyuta ehtiyatları 0,35% və ya 41,4 milyon dollar artıb.
12 yanvar 2017-ci il tarixindən etibarən AMB valyuta hərraclarının yeni mexanizminin tətbiqinə başlayıb.
Hərraclar rəqabətli şəraitdə valyutanın birtərəfli satışı formasında keçirilir.
2022-ci ildə ARDNF hərraclarda 4 milyard 681,8 milyon ABŞ dolları məbləğində xarici valyuta satıb.
Aytac Zeynalova

87,8 mln.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !