Hava kəskin dəyişəcək - Xəbərdarlıq

14:18 | 06.01.2025
Hava kəskin dəyişəcək - Xəbərdarlıq

Hava kəskin dəyişəcək - Xəbərdarlıq

Azərbaycanda yanvarın 7-si axşamdan 8-i gündüzədək ayrı-ayrı yerlərdə yağıntıların intensivləşəcəyi ehtimal olunur. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Məlumata əsasən Bakıda və Abşeron yarımadasında yanvarın 7-si axşamdan 8-i gündüzədək bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində intensivləşəcəyi ehtimalı var.

Azərbaycanın bəzi şərq rayonlarında yanvarın 7-dən 8-i səhərədək hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının qısa müddətə intensivləşəcəyi ehtimal olunur.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM