Leysan yağıb, şimşək çaxıb - Faktiki hava

10:11 | 29.06.2024
Leysan yağıb, şimşək çaxıb - Faktiki hava

Leysan yağıb, şimşək çaxıb - Faktiki hava

Bu gün saat 9:00-a olan məlumata əsasən əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
 
İyunun 28-i günün ikinci yarısından bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan xarakterli yağış yağıb, şimşək çaxıb.
 
Düşən yağıntının miqdarı Zaqatalada 27 mm, Balakəndə 17 mm, Oğuzda 11 mm, Astarada 8 mm, Qusar, Qəbələ, Quba, Xaltan, Ağsu, İsmayıllı, Şahdağda 6 mm-dək olub. 
 
Verilmiş sarı xəbərdarlığa uyğun olaraq şimal-şərq küləyi arabir Culfada 22 m/s-dək güclənib.
 
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 31, Naxçıvan MR-da 35,  Aran rayonlarında 31, dağlıq rayonlarda 20 dərəcəyədək isti olub.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb