Dövlət qulluğuna qəbul imtahanının nəticələri açıqlanıb

16:37 | 01.07.2024
Dövlət qulluğuna qəbul imtahanının nəticələri açıqlanıb

Dövlət qulluğuna qəbul imtahanının nəticələri açıqlanıb

Dövlət qulluğuna qəbul imtahanının nəticələri elan edilib.  Dövlət İmtahan Mərkəzindən  verilən məlumata  görə, nəticələr qurumun rəsmi saytına yerləşdirilib.

İştirakçılar imtahan nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə bu imtahan üçün nəzərdə tutulan buraxılış vərəqəsində göstərilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçən 2557 namizəddən 57 nəfər imtahana gəlməyib.

İmtahan nəticələrinə əsasən, BA2 altqrupu üzrə 2 nəfər, BA3 altqrupu üzrə 9 nəfər, BA4 altqrupu üzrə 27 nəfər, BB1 altqrupu üzrə 15 nəfər, BB2 altqrupu üzrə 56 nəfər, BB3 altqrupu üzrə 104 nəfər, BB4 altqrupu üzrə 195 nəfər olmaqla, ümumilikdə 408 namizəd tələb olunan müsabiqə şərtlərini ödəyərək uğur qazanıb.

Test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək. Sertifikatın qüvvədə olma müddəti 5 ildir.

Test imtahanından müvəffəqiyyətlə keçən namizəd sertifikatı əldə etmək üçün 2024-cü il iyulun 2-dən 15-dək DİM-in portalında müraciət formasını doldurmalıdır.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb