Bəzi yerlərdə leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA

18:13 | 26.09.2024
Bəzi yerlərdə leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA

Bəzi yerlərdə leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA

Sentyabrın 26-sı saat 17:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Göygöl, Gəncə, Şəmkir, Ağstafa, Ağdam, Daşkəsən, Gədəbəy, Şabran, Qəbələ, Zaqatala, İsmayıllı, Şəki, Şahdağ, Balakən, Oğuz, Xınalıq, Xaçmaz, Quba, Qusar, Qrız, Qax, Biləsuvar, Yardımlı, Lerikdə şimşək çaxıb, leysan xarakterli yağış yağıb.

Şərq küləyi Naftalanda 18 m/s, Culfada 15 m/s-dək güclənib.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 23, Naxçıvan MR-da 28, Aran rayonlarında 26, dağlıq rayonlarda 14 dərəcəyədək isti qeydə alınıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür