Banklar hərracda dollar alışını artırıb - Rəsmi

16:26 | 03.10.2024
Banklar hərracda dollar alışını artırıb - Rəsmi

Banklar hərracda dollar alışını artırıb - Rəsmi

Azərbaycan Mərkəzi Bankı cümə axşamı valyuta hərracında 79 milyon ABŞ dolları satıb. Bu barədə Mərkəzi Bankdan məlumat verilib.
 
Bu məbləğ əvvəlki hərrac zamanı 73,4 milyon ABŞ dolları olub.
 
"Cümə axşamı valyuta hərracı 79 milyon ABŞ dolları təşkil edib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb",- mərkəzdən bildirilib.

2024-cü ilin birinci rübündə  Mərkəzi Bankın valyuta ehtiyatları 0,35% və ya 41,4 milyon dollar artıb.
 
12 yanvar 2017-ci il tarixindən etibarən AMB valyuta hərraclarının yeni mexanizminin tətbiqinə başlayıb.

Hərraclar rəqabətli şəraitdə valyutanın birtərəfli satışı formasında keçirilir.

2022-ci ildə ARDNF hərraclarda 4 milyard 681,8 milyon ABŞ dolları məbləğində  xarici valyuta satıb.
 
Gülnar 
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM