Yeni nəsil kassa aparatları ilə dövriyyə artıb

16:36 | 07.10.2024
Yeni nəsil kassa aparatları ilə dövriyyə artıb

Yeni nəsil kassa aparatları ilə dövriyyə artıb

2024-cü ilin yanvar-sentyabrında ölkədə yeni nəsil nəzarət-kassa aparatları üzrə dövriyyə təxminən 17,7 milyard manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10,7 % çoxdur. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.

Məlumata görə, bu il oktyabrın 1-nə qədər ölkədə 101 605 yeni nəsil nəzarət-kassa aparatı quraşdırılıb.
 
Azərbaycanda vergi ödəyiciləri 2024-cü il yanvarın 1-nə 95,741 min ədəd yeni nəsil nəzarət-kassa aparatı quraşdırıb. Keçən ili noyabrında  798 ədədə qarşı dekabrda kassa aparatlarının sayı 923 ədəd olub.

2022-ci ildə kassa aparatlarının  dövriyyəsi 19,5 milyard manat  təşkil edib ki bu da 2021-ci ilin göstəricisindən 26,6% çoxdur. 

Aytac 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti