Bakıda və Abşeron yarımadasında oktyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Bu barədə Milli Hidrometrologiya Xidməti məlumat verib.
Gecə və səhər bəzi yerlərdə çiskinli olacağı, axşam isə yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi səhər mülayimləşəcək.
Havanın temperaturu gecə 13-15° isti, gündüz 15-17° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə və gündüz 65-75 % olacaq.
Havanın temperaturu gecə 11-14° isti, gündüz 15-18° isti, dağlarda gecə 0-4° isti, gündüz 4-8° isti olacaq.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !