Moldovada Avropa İttifaqına (Aİ) üzvlük referendumu ilə eyni zamanda prezident seçkiləri başlayıb.Bu barədə "Reuters" məlumat yayıb.
Prezident vəzifəsi uğrunda ümumilikdə 11 namizəd mübarizə aparır. Sorğulara görə, hazırkı Qərbyönümlü lider Maya Sandunun qalib gəlmə ehtimalı daha yüksəkdir.
Agentliyin yazdığına görə, əgər o, 50 faizlik baryeri keçə bilməsə, noyabrın 3-də seçkilərin ikinci turu baş tutacaq. Bu halda, Sandunun ən çox ehtimal olunan rəqibi keçmiş baş prokuror Aleksandr Stoyanoglo olacaq. Onu ənənəvi olaraq Rusiyayönümlü Sosialist Partiyası dəstəkləyir.
"Intellect Group" şirkətinin direktoru Yan Lisnevski qeyd edib ki, ölkənin Aİ-yə üzvlüyünü Moldovanın əhalisinin yarısından azı dəstəkləyir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !