Moldovada prezident seçkiləri keçirilir

11:08 | 20.10.2024
Moldovada prezident seçkiləri keçirilir

Moldovada prezident seçkiləri keçirilir

Moldovada Avropa İttifaqına (Aİ) üzvlük referendumu ilə eyni zamanda prezident seçkiləri başlayıb.Bu barədə "Reuters" məlumat yayıb.

Prezident vəzifəsi uğrunda ümumilikdə 11 namizəd mübarizə aparır. Sorğulara görə, hazırkı Qərbyönümlü lider Maya Sandunun qalib gəlmə ehtimalı daha yüksəkdir.

Agentliyin yazdığına görə, əgər o, 50 faizlik baryeri keçə bilməsə, noyabrın 3-də seçkilərin ikinci turu baş tutacaq. Bu halda, Sandunun ən çox ehtimal olunan rəqibi keçmiş baş prokuror Aleksandr Stoyanoglo olacaq. Onu ənənəvi olaraq Rusiyayönümlü Sosialist Partiyası dəstəkləyir.

"Intellect Group" şirkətinin direktoru Yan Lisnevski qeyd edib ki, ölkənin Aİ-yə üzvlüyünü Moldovanın əhalisinin yarısından azı dəstəkləyir.

Bundan əvvəl Moldovanın İnformasiya və Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Mustyaça müxalifət lideri İlan Şoru prezident seçkiləri və Aİ-yə üzvlük referendumu ərəfəsində vəziyyəti gərginləşdirməkdə ittiham edib. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM