• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ hökuməti Sevinc Vaqifqızını mükafatlandırıb - VİDEO

ABŞ hökuməti Sevinc Vaqifqızını mükafatlandırıb - VİDEO
10.12.2024 13:12
Bazar ertəsi ABŞ hökuməti həbsdə olan  jurnalist Sevinc Vaqifqızını dünya üzrə korrupsiya ilə mübarizə sahəsində mükafatlandırılan 10 çempiondan biri elan edib. Bu barədə Turan məlumat yayıb.
 
"Azərbaycanlı jurnalist Sevinc Vaqifqızı  bu gün bizimlə birlikdə olmayan yeganə laureatdır," - ABŞ Dövlət katibi Blinken Dövlət Departamentində keçirilən mükafatlandırma mərasimində bildirib.

Abzas Media-nın baş redaktoru olan Sevinc Vaqifqızı  ötən ilin noyabrında Bakıda həbs edilib.

"Bu gün, bir ildən çox keçməsinə baxmayaraq, o, hələ də həbsdədir," - Blinken əlavə edib.
 
ABŞ Dövlət Departamenti 2021-ci ildə  korrupsiya ilə mübarizə aparan şəxsləri tanıtmaq və ABŞ-ın onlara dəstəyini nümayiş etdirmək məqsədi ilə "Korrupsiya ilə Mübarizə Çempionları" mükafatını təsis edib. 

Bu ilin laureatları arasında jurnalistlər, insan hüquqları müdafiəçiləri, hakimlər və hətta ciddi institusional dəyişikliklərə nail olan dövlət məmurları da yer alır.

"Biz hesabatlılıq, qanunun aliliyi, şəffaflıq və mətbuat azadlığı uğrunda mübarizə aparan hər kəsi təqdir edirik," -  Blinken qeyd edib.

Bu ilin digər laureatları arasında Kolumbiyadan Xorxe Mora Kortes, Nepaldan Matrika Dahal, Albaniyadan Altin Dumanı, Ermənistandan Srbuxi Qalyan, Livandan Karl İrani, Qambiyadan Marr Nyanq, Panamadan Xavyer Enrike Karaballo Salazar, Qazaxıstandan Didar Smaqulov və Uqandadan Cimmi Spayr Ssentoqo da var.

N.Təbrizli




www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gəncədə 15 yaşlı yeniyetmə binanın 5-ci mərtəbəsindən yıxılıb
Cəmiyyət 14:49
Gəncədə 15 yaşlı yeniyetmə binanın 5-ci mərtəbəsindən yıxılıb
Sabah yağış intensivləşəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 14:04
Sabah yağış intensivləşəcək - XƏBƏRDARLIQ
Sabahın hava proqnozu
Cəmiyyət 12:52
Sabahın hava proqnozu
Sumqayıtda avtomobil yanıb
Cəmiyyət 11:32
Sumqayıtda avtomobil yanıb
Qubada avtomobil aşıb, ölən və yaralılar var
Cəmiyyət 09:17
Qubada avtomobil aşıb, ölən və yaralılar var
Gəncədə avtomobil yanıb
Cəmiyyət 19:33
Gəncədə avtomobil yanıb
Cəlilabadda fərdi yaşayış evi yanıb
Cəmiyyət 17:43
Cəlilabadda fərdi yaşayış evi yanıb
Mərdəkan şossesində qəza olub, yolda sıxlıq yaranıb
Cəmiyyət 16:12
Mərdəkan şossesində qəza olub, yolda sıxlıq yaranıb
Güclü külək Bakıda fəsadlar törədib
Cəmiyyət 14:05
Güclü külək Bakıda fəsadlar törədib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol