Azərbaycan Prezidenti polşalı həmkarına başsağlığı verib

Azərbaycan Prezidenti İlham Əliyev Polşa Prezidenti Karol Navrotskiyə Krakov şəhərində baş verən atışma ilə bağlı başsağlığı verib.
İlham Əliyev başsağlığı məktubunda həlak olanların ailə və yaxınlarına, Polşa xalqına başsağlığı verib, yaralananların tezliklə sağalmasını arzulayıb.
“Krakov şəhərində törədilmiş qanlı hadisə nəticəsində həlak olanlar və yaralananlar barədə xəbər bizi olduqca kədərləndirdi.
Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Polşa xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını arzulayıram”, – deyə məktubda bildirilib.
Qeyd edək ki, Polşanın Krakov şəhərinin baş meydanında baş verən atışma nəticəsində 6 nəfər həlak olub, 10-a yaxın insan yaralanıb.
























