Azərbaycan XİN Serbiyaya başsağlığı verib

10:27 | 02.11.2024
Azərbaycan XİN Serbiyaya başsağlığı verib

Azərbaycan XİN Serbiyaya başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi Novi Sad şəhərində baş vermiş faciəvi hadisə nəticəsində 14 nəfərin ölümü ilə əlaqədar Serbiyaya başsağlığı verib.Bu barədə nazirliyin "X” sosial şəbəkəsində paylaşım edilib.

"Novi Sadda baş verən, çoxlu sayda insanın ölümü və yaralanması ilə nəticələnən faciə ilə əlaqədar dərindən kədərləndik. Həlak olanların ailələrinə və yaxınlarına, dost Serbiya xalqına və hökumətinə dərin hüznlə başsağlığı veririk, xəsarət alanların tezliklə sağalmasını diləyirik”, - paylaşımda yazılıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti