• $
  • £

Azərbaycan Fransaya nota göndərib

Azərbaycan Fransaya nota göndərib
20.11.2024 14:56
Noyabrın 20-də Fransanın Azərbaycandakı səfiri Ann Buayon Xarici İşlər Nazirliyinə çağırılıb.


XİN-dən  verilən xəbərə görə, görüş zamanı, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində və sessiya zamanı Fransanın Azərbaycan sədrliyinin hədəf alınmasına etiraz bildirilib.


Bu xüsusda, Azərbaycanın ev sahibliyi etdiyi BMT-nin bu mötəbər tədbirinin boykot edilməsinə çağırışların, bir çox dövlət başçılarının tədbirə qatılmamağa Fransa tərəfindən təşviq edilməsinin, eləcə də COP29 konfransı başlayan zaman Fransanın xüsusi səyləri ilə Avropa Parlamentində sədrliyimizi əsassız şəkildə tənqid edən, ümumilikdə isə iqlim dəyişmələri ilə mübarizə sahəsində qlobal səylərimizə qarşı çevrilmiş qətnamənin qəbulunun qəbuledilməz olduğu vurğulanıb.


Bununla yanaşı, Ermənistanın geniş şəkildə silahlanmasını həyata keçirən, militarizmi və revanşizmi təşviq edən Fransanın addımlarının sülh prosesinə zərbə olduğu diqqətə çatdırılıb.


Azərbaycanı hədəf alan, eləcə də normallaşma prosesini təhlükə altına salan bu addımlara son qoyulması Fransa tərəfindən təkidlə tələb olunub.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Baş nazir Əli Əsədov Gürcüstanın Baş prokuroru ilə görüşüb
Siyasət 23:45
Baş nazir Əli Əsədov Gürcüstanın Baş prokuroru ilə görüşüb
Azərbaycan XİN Fransanın Martin Rayanla bağlı bəyanatını rədd edib
Siyasət 20:29
Azərbaycan XİN Fransanın Martin Rayanla bağlı bəyanatını rədd edib
Baş nazirdən Kərim Kərimovla bağlı- Qərar
Siyasət 17:45
Baş nazirdən Kərim Kərimovla bağlı- Qərar
Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artıb
Siyasət 17:14
Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artıb
Əliyev Qırğızıstanda səfərdədir
Siyasət 16:31
Əliyev Qırğızıstanda səfərdədir
Paşinyan: bazar günü hökumət istefa verəcək
Siyasət 14:47
Paşinyan: bazar günü hökumət istefa verəcək
Mərkəzi Asiya və Azərbaycan liderləri Çolpon-Atada görüşəcəklər
Siyasət 14:46
Mərkəzi Asiya və Azərbaycan liderləri Çolpon-Atada görüşəcəklər
İlham Əliyev Mərakeş Kralını təbrik edib
Siyasət 11:05
İlham Əliyev Mərakeş Kralını təbrik edib
Azərbaycanın BMT-nin Cenevrədəki daimi nümayəndəsi vəzifəsindən geri çağırılıb
Siyasət 20:09
Azərbaycanın BMT-nin Cenevrədəki daimi nümayəndəsi vəzifəsindən geri çağırılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol