Deputat təklif edir ki, veteranlar əmək bazarına cəlb edilsin

16:20 | 27.11.2024
Deputat təklif edir ki, veteranlar əmək bazarına cəlb edilsin

Deputat təklif edir ki, veteranlar əmək bazarına cəlb edilsin

Veteranları müxtəlif aktivlər və birdəfəlik köməkliklər göstərib onları aktiv bir şəkildə əmək bazarına qaytarmaq məqsədəuyğun olar. Bunu Milli Məclisin deptatı Zahid Oruc deyib. 
 
"Veteranlarla bağlı hər kəs təklfi edir ki, müavinətlər kommunal tariflərə uyğunlaşdırsın. Ödənişlər iki, üç dəfə də artırılsa, problemi sonadək çözmək mümkün olmayacaq. Əsas məsələlərdən biri veteranlarla müxtəlif aktivlər və birdəfəlik köməkliklər göstərib onları aktiv bir şəkildə əmək bazarına qaytarmaqdır. O zaman bizim müqəddəs müharibə iştirakçılarımız, hər birimizin borclu olduğumuz döyüşçülər gənc yaşlarından başlayaraq, həm də mülki hıəyatda öz layiqli yerlərini tutacaqlar və öz gələcəklərini formalaşdıra biləcəklər. Dövlətin ali məramı əmək resurlarını artırmaqdır", - deputat noybarın 27-də çıxışında bildirib. 
 
Bu ilin büdcə müzakirələrində veteranlara verilən 80 manatın artırılması bir neçə dəfə deputatlar tərəfindən qaldırıldı. Əmək və əhalinin sosial müdafiə naziri bu mövzu ilə bağlı heç bir şərh vermədi. 
 
Bundan öncə isə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev jurnalistlərə açıqlamasında bildirib ki, 80 manat veteran pulunun artacağı ilə bağlı məlunatlar dəqiqləşdirilməyib. 
 
O bildirib ki, müzakirələr bitdikdən sonra bu haqda danışmaq olar.

Bundan əvvəl sosial müdafiə naziri Sahil Babayev açıqlamasında bildirib ki, Müharibə iştirakçılarına 80 manatın verilməsi komunal xərclərin verilməsi üçün ödənilir.

Bir il öncə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Himalay Məmişov bildirib ki, müharibə Veteralarına verilən təqaüdün artırılması məsələsi müzakirə olunur.

VI çağırış Milli Məclisin bir neçə deputatı da veteranlara verilən 80 manatın artırılması ilə bağlı çıxarışlar edib.
 
Gülnar Nazimqızı 
 



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti