Azərbaycan nefti bahalaşıb

12:23 | 14.12.2024
Azərbaycan nefti bahalaşıb

Azərbaycan nefti bahalaşıb


Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,41 ABŞ dolları, yaxud 0,54 % artaraq 76,56 ABŞ dolları təşkil edib.Bu barədə neft bazarındakı mənbə məlumat verib.

Hərracların nəticələrinə görə, "Brent” markalı neftin fevral fyuçerslərinin qiyməti 74,49 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 ABŞ dollarından hesablanıb.

"Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM