30 dekabr – 5 yanvar tarixlərində "Azərbaycan Dəmir Yolları” QSC-nin bütün strukturları gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Bayram günlərində qatarla səfərlərə tələbatın artacağı nəzərə alınaraq, sərnişin məmnuniyyətinin təmin edilməsi məqsədilə həmin günlərə əlavə reyslər təyin edilib.
30 dekabr – 5 yanvar tarixlərində Bakı–Ağstafa–Bakı marşrutu üzrə qatarlar hər gün hər iki istiqamətdə hərəkətdə olacaq. Qatar hər gün Bakıdan Ağstafa istiqamətinə saat 08:00, 09:15 və 18:00-da, Ağstafadan Bakı istiqamətinə isə hər gün saat 08:20, 16:40 və 17:00-da yola düşəcək.
Həmçinin 1 yanvar tarixi istisna olmaqla hər gün Bakı–Qəbələ–Bakı marşrutu üzrə qatar reysləri təşkil ediləcək. Belə ki, 30 dekabr və 3 yanvarda hər iki istiqamətdə, 31 dekabr və 4 yanvarda Bakıdan Qəbələyə, 2 və 5 yanvarda isə Qəbələdən Bakıya əlavə reyslər təyin edilib.
ADY yanvarın 3-dən etibarən Bakı–Balakən–Bakı marşrutunun bərpası ilə gecə səfərlərinə start verəcək. Yataq tipli qatarlar 3 yanvardan etibarən hər gün saat 23:50-də Bakıdan Balakənə, 4 yanvardan isə saat 22:10-da Balakəndən Bakıya hərəkət edəcək.
Hərəkət cədvəli ilə tanış olmaq və bilet əldə etmək üçün "ADY Mobile” tətbiqini yükləyə və ya www.ady.az saytına keçid edə bilərsiniz.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !