2025-ci ilin dövlət büdcəsi qəbul edilib

11:28 | 16.12.2024
2025-ci ilin dövlət büdcəsi qəbul edilib

2025-ci ilin dövlət büdcəsi qəbul edilib

2025-ci il dövlət büdcəsinin gəlirləri 38 milyard 356 milyon manat, xərcləri 41 milyard 407 milyon 600 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 37 milyard 562 milyon 64 min manat, yerli gəlirləri 793 milyon 936 min manat, mərkəzləşdirilmiş xərcləri 40 milyard 608 milyon 389 min manat, yerli xərcləri 799 milyon 211 min manat) məbləğində təsdiq edilib. 
 
Dekabrın 16-da Milli Məclis "Azərbaycan Respublikasının 2025-cü il dövlət büdcəsi haqqında” qanun layihəsini üçüncü oxunuşda qəbul edib.
 
2025-ci il üçün icmal büdcəsinin gəlirləri 43 milyard 911 milyon manat, xərcləri 47 milyard 589 milyon manat, kəsiri isə 3 milyard 679 milyon manat müəyyən edilib. 
 
Qanun layihəsinə 116 deputat lehinə, 1 nəfər əlehinə səs verib. 

Gülnar Nazimqızı 
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM