• $
  • €
  • ₽
  • ₺
  • £

Bu il hansı qurumlar susdu? - Jurnalistlərin cavab ala bilmədiyi mətbuat xidmətləri...

Bu il hansı qurumlar susdu? - Jurnalistlərin cavab ala bilmədiyi mətbuat xidmətləri...
23.12.2025 15:50

Dünyada olduğu kimi Azərbaycanda da medianın xəbər əldə etmək imkanları uyğun qurumların mətbuat xidmətləri vasitəsilə həyata keçirilir. Bəs görəsən, Azərbaycan jurnalistləri vergi ödəyicilərinin hesabına formalaşan dövlət büdcəsindən maliyyələşən  bu qurumların işindən razıdırmı? 

“Report” İnformasiya Agentliyinin əməkdaşı Tuncay Türbəndəzadə bildirir ki, illər ərzində müxtəlif dövlət və özəl qurumlara rəsmi sorğular ünvanlasa da, bəzi hallarda bu sorğular cavabsız qalır. Onun sözlərinə görə, xüsusilə bank olmayan kredit təşkilatları(BOKT), assosiasiyalar, banklar, eləcə də bir sıra sığorta şirkətləri tərəfindən göndərilən sorğulara vaxtında və ya ümumiyyətlə cavab verilmədiyi hallar müşahidə olunur.

Eyni problemlə “Trend” İnformasiya Agentliyinin əməkdaşı Sadiq Cavadov da üzləşib. O bildirir ki, Əmlak Məsələləri Dövlət Xidməti sorğulara cavab verməyib.

“FED.az” saytının baş redaktoru Əli Əhmədov isə Azərbaycan Dəmir Yolları və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA)-nı cavabsız qalan sorğular siyahısında qeyd edir. Onun sözlərinə görə, bəzi müraciətləri aylardır ki, cavab gözləyir.

“Oxu.az” əməkdaşı Məhərrəm Əliyev xüsusilə İcra hakimiyyətləri və Baş Prokurorluq ilə bağlı ciddi çətinliklərin olduğunu vurğulayır.

O bildirir ki, sorğulara cavab verilməməsi adətən “istintaq materialıdır” arqumenti ilə əsaslandırılır.

“Əgər belədirsə, Baş Prokurorluğun mətbuat xidməti kimə lazımdır?”, -  jurnalist etiraz edir.

Eyni media qurumunun əməkdaşı Əzizə İsmayılova isə fərqli mövqedədir.

 Onun sözlərinə görə, ümumilikdə sorğularına cavab alıb, yalnız Baş Prokurorluqla bağlı müəyyən çətinliklər yaşanıb. 

Araşdırma zamanı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ən çox şikayət olunan qurumlardan biri kimi önə çıxır.

“TodayPress TV”nin baş redaktoru Günəş Mərd, “Oxu.az” əməkdaşı Töhfə Səməd və jurnalist Nəzrin Mirzəyeva AQTA-ya göndərilən sorğuların cavabsız qaldığını bildiriblər.

Günəş Mərdin sözlərinə görə, cavab ala bilmədiyi qurumlar arasında  AQTA və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də var.

Adının açıqlanmasını istəməyən Xəzər TV əməkdaşı isə İqtisadiyyat Nazirliyinin tabeliyində olan Dövlət Əmlak Xidməti və Mərkəzi Bankın sorğulara cavab vermədiyini, Ədliyyə Nazirliyi və Təhsil Nazirliyinin isə cavabları gecikdirdiyini qeyd edir.

APA İnformasiya Agentliyinin adının anonim saxlanmasını istəyən  əməkdaşı  "Aztelekom”un sorğulara cavab vermədiyini bildirir. 

ATV əməkdaşı Əhməd Məmmədov Qarabağda çəkilişlərlə bağlı Müdafiə Nazirliyinə müraciət etdiyini, lakin heç bir rəsmi geridönüş almadığını deyir. 

Musavat.com-un bir neçə əməkdaşı isə bildirir ki, Elm və Təhsil Nazirliyi sorğularına cavab vermirlər.

1news.az saytının əməkdaşı Qafar Ağayev bildirir ki, Baş Prokurorluğun mətbuat xidməti sorğulara cavab vermir.

Bəzi jurnalistlər isə qurumlardan narazılıqları olsa da,  həmin qurumlarla "əməkdaşlığı pozmamaq" üçün cavab verməkdən imtina etdilər.

“Media haqqında”  və “İnformasiya əldə etmək haqqında” Qanuna əsasən, dövlət qurumları jurnalist sorğularına ən geci 7-14 iş günü ərzində cavab verməlidir. Cavab verilmədiyi halda isə bu, informasiya əldə etmək hüququnun pozulması sayılır.

İstiqamət: 6.3.2. fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi;

Qeyd: Yazı Medianın İnkişafı Agentlyiinin maliyyə dəstəyi çərçivəsində hazırlanıb.

Aytac Zeynalova

Aytac ZeynalovaMüəllifAytac ZeynalovaBütün xəbərləri
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Cəmiyyət 12:04
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Cəmiyyət 11:47
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Cəmiyyət 11:46
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Cəmiyyət 11:43
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Bakıda yaşayış binasında yanğın başlayıb
Cəmiyyət 11:29
Bakıda yaşayış binasında yanğın başlayıb
2027-ci ildə dəfn müavinətinin orta məbləği artırıla bilər
Cəmiyyət 11:16
2027-ci ildə dəfn müavinətinin orta məbləği artırıla bilər
İcbari tibbi sığortaya ayrılan vəsaitin həcmi artırılır
Cəmiyyət 11:09
İcbari tibbi sığortaya ayrılan vəsaitin həcmi artırılır
2027-ci ildə ərzaqlıq buğda ilə özünütəminetmə tədbirlərinə 30,4 milyon manat ayrılacaq
Cəmiyyət 11:02
2027-ci ildə ərzaqlıq buğda ilə özünütəminetmə tədbirlərinə 30,4 milyon manat ayrılacaq
2027-ci ildə hərbçilərin mənzil təminatına ayrılan vəsait 41,2% azaldılır
Cəmiyyət 11:00
2027-ci ildə hərbçilərin mənzil təminatına ayrılan vəsait 41,2% azaldılır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol