2027-ci ildə ərzaqlıq buğda ilə özünütəminetmə tədbirlərinə 30,4 milyon manat ayrılacaq

2027-ci ilin dövlət büdcəsi layihəsinə əsasən, Azərbaycanda ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi tədbirlərinə 30,4 milyon manat vəsait ayrılması nəzərdə tutulur. Bu 2027-ci ilin dövlət büdcəsi layihəsində əks olunub.
Vəsait Prezidentin 2022-ci il 19 iyul tarixli fərmanına uyğun olaraq ərzaq təhlükəsizliyinin təmin edilməsi, idxal buğdasından asılılığın azaldılması və yeni təchizat mexanizmlərinin yaradılmasına yönəldiləcək.
2027-ci il dövlət büdcəsi layihəsində kənd təsərrüfatı xərcləri ümumilikdə 1 milyard 379,5 milyon manat nəzərdə tutulub. Bunun 800,9 milyon manatı kənd təsərrüfatı tədbirlərinə, 53,3 milyon manatı baytarlığa, 477 milyon manatı meliorasiyaya ayrılacaq.


Son xəbərlər 
Daha çox 






















