• $
  • €
  • ₽
  • ₺
  • £

2027-ci ildə hərbçilərin mənzil təminatına ayrılan vəsait 41,2% azaldılır

2027-ci ildə hərbçilərin mənzil təminatına ayrılan vəsait 41,2% azaldılır
04.11.2026 11:00

2027-ci ilin dövlət büdcəsində hərbi qulluqçuların mənzillə təmin olunması və kirayə kompensasiyalarına ümumilikdə 29,7 milyon manat ayrılması nəzərdə tutulub. Bu, 2026-cı ilin büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulan 50,5 milyon manatla müqayisədə 20,8 milyon manat və ya 41,2% azdır. Bu, 2027-ci ilin dövlət büdcəsi layihəsində əksini tapıb.

Layihəyə əsasən, 20 il və daha çox xidmət etmiş işləyən və ehtiyatda olan hərbi qulluqçuların mənzillə təmin olunması və digər zəruri xərclərin maliyyələşdirilməsi üçün 15 milyon manat ayrılacaq. Bu istiqamətdə 2026-cı ildə 35 milyon manat nəzərdə tutulmuşdu. Beləliklə, vəsait 20 milyon manat və ya 57,1% azalacaq.

Kirayəyə götürülmüş yaşayış sahəsinə görə yaşayış yeri olmayan hərbi qulluqçulara, o cümlədən ehtiyatda və istefada olan hərbçilərə pul kompensasiyasının ödənilməsi üçün 2027-ci ildə 14,7 milyon manat ayrılması planlaşdırılır. 2026-cı ildə bu məqsədlə 15,5 milyon manat nəzərdə tutulmuşdu. Azalma 800 min manat və ya 5,2% təşkil edir.

Beləliklə, 2027-ci ildə hərbi qulluqçuların mənzil təminatı və kirayə kompensasiyası üzrə hər iki istiqamətdə büdcə vəsaitinin azaldılması planlaşdırılır.

Gülnar NazimqızıMüəllifGülnar NazimqızıBütün xəbərləri
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Cəmiyyət 11:47
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Cəmiyyət 11:46
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Cəmiyyət 11:43
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Bakıda yaşayış binasında yanğın başlayıb
Cəmiyyət 11:29
Bakıda yaşayış binasında yanğın başlayıb
2027-ci ildə dəfn müavinətinin orta məbləği artırıla bilər
Cəmiyyət 11:16
2027-ci ildə dəfn müavinətinin orta məbləği artırıla bilər
İcbari tibbi sığortaya ayrılan vəsaitin həcmi artırılır
Cəmiyyət 11:09
İcbari tibbi sığortaya ayrılan vəsaitin həcmi artırılır
2027-ci ildə ərzaqlıq buğda ilə özünütəminetmə tədbirlərinə 30,4 milyon manat ayrılacaq
Cəmiyyət 11:02
2027-ci ildə ərzaqlıq buğda ilə özünütəminetmə tədbirlərinə 30,4 milyon manat ayrılacaq
Ədliyyə Nazirliyi: Bələdiyyələrə saxta zənglər edərək müxtəlif ödənişlər tələb olunur
Cəmiyyət 10:39
Ədliyyə Nazirliyi: Bələdiyyələrə saxta zənglər edərək müxtəlif ödənişlər tələb olunur
Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanılıb
Cəmiyyət 10:14
Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol