Babayev: 2027-ci ildə icmal büdcənin kəsiri 2,8 milyard manat olacaq

2027-ci ildə Azərbaycanın icmal büdcəsinin kəsirinin 2,8 milyard manat, dövlət büdcəsinin kəsirinin isə 3,1 milyard manat olacağı proqnozlaşdırılır. Bunu maliyyə naziri Sahil Babayev 2027-ci ilin dövlət büdcəsi layihəsinin təqdimatı zamanı bildirib.
Onun sözlərinə görə, icmal büdcənin kəsiri 2026-cı illə müqayisədə 1,1 milyard manat və ya 28,7% az olacaq. Kəsirin ÜDM-ə nisbətinin 2% təşkil edəcəyi gözlənilir.
Dövlət büdcəsinin kəsirinin maliyyələşdirilməsi üçün 140 milyon manat özəlləşdirmədən daxilolmalar, 2,7 milyard manat daxili və xarici borclanma, 275 milyon manat isə xəzinə hesabının qalığı hesabına təmin ediləcək.
























