2027-ci ildə dəfn müavinətinin orta məbləği artırıla bilər

2027-ci ildə pensiyaçılar üçün dəfn müavinətinin orta məbləğinin 946 manatdan 1 200 manata, sığortaolunanlar üçün isə 590 manatdan 700 manata çatdırılması proqnozlaşdırılır. Beləliklə, pensiyaçılar üzrə orta məbləğin 254 manat və ya 26,8%, sığortaolunanlar üzrə isə 110 manat və ya 18,6% artırılması nəzərdə tutulur.
Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılan “2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.
2026-cı il üçün dəfn müavinətlərinə 37,6 milyon manat ayrılması, təxminən 39,8 min nəfərə ödəniş edilməsi proqnozlaşdırılmışdı. Həmin il üzrə dəfn müavinətinin orta məbləği 944 manat hesablanmışdı. 2025-ci ildə isə bu məqsədlə büdcədə 40 milyon manat nəzərdə tutulmuşdu.
2025-ci il iyulun 1-dən etibarən işləyən sığortaolunanlar üçün dəfn müavinəti 600 manat, vəfat etmiş əmək pensiyaçılarının ailələri üçün isə minimum əmək pensiyasının üç misli — 960 manat müəyyən edilmişdi.

























