Sabah bəzi ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranacaq.Bu barədə "Azərişıq" ASC-dən bildirilib.
Məlumata görə, Suraxanı Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisinə daxil olan Yeni Ramana qəsəbəsində 6 kV-luq hava xəttində aparılan təmir işləri ilə əlaqədar yanvarın 24-də elektrik xətləri sifarişə əsasən açılacaq.
Bununla əlaqədar olaraq saat 09:30-dan saat 13:00-dək qəsəbənin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Yardımlı Elektrik Şəbəkəsinin (EŞ) ərazisində yerləşən və yeni tikilən 35/10 kV-luq "Sırıq” yarımstansiyasının sxemə qoşulması, həmçinin 35 kV-luq hava xəttində aparılacaq təmir işləri ilə əlaqədar yanvarın 24-də elektrik xətləri sifarişə əsasən açılacaq.
Bununla əlaqədar olaraq saat 12:00-dan saat 14:00-dək şəhərin bir sıra mərkəzi küçələrində, eləcə də Allar, Bürzünbül, Çay Üzü, Dağ Üzü, Daşkənd, Köryədi, Kürəkçi, Sırıq, Vəlixanlı, Vərgədüz kəndlərində elektrik enerjisinin verilişi dayandırılacaq.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !