Ceyhun Bayramov Belarus səfirini qəbul edib

Xarici işlər naziri Ceyhun Bayramov Belarus səfiri Andrey Ravkovu Azərbaycandakı diplomatik fəaliyyətini başa vurması münasibətilə qəbul edib.Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bayramov səfir Andrey Ravkova Belarusun Azərbaycandakı səfiri olduğu dövrdə səmərəli fəaliyyətinə görə təşəkkür edib, ona gələcək işlərində uğurlar arzu edib.
İki ölkə arasında mövcud strateji tərəfdaşlığın inkişafında ali və yüksək səviyyəli təmasların, qarşılıqlı səfərlər və beynəlxalq platformalar çərçivəsində fikir mübadilələrinin əhəmiyyəti vurğulanıb.
İqtisadiyyat, ticarət, investisiyalar sahəsində əməkdaşlığın geniş perspektivlərinin olduğu bildirilib, bu istiqamətdə Azərbaycan və Belarus arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın fəaliyyətinin vacibliyi qeyd olunub.
Regional və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək və əməkdaşlığın davam etdirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.
Səfir Andrey Ravkov Azərbaycanda fəaliyyət göstərdiyi müddətdə qarşılıqlı faydalı əməkdaşlıq və dəstəyə görə təşəkkür edib, Azərbaycan-Belarus strateji tərəfdaşlığının bundan sonra da yüksələn xətt üzrə inkişafına əmin olduğunu qeyd edib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 