Bakının Nərimanov rayonunun Aşıq Molla Cümə və Zaur Nudirəliyev küçələrinin kəsişməsindəki dairə ilə Əhməd Rəcəbli dairəsi arasında (Albert Aqarunov küçəsi) aparılacaq təmir işləri ilə əlaqədar fevralın 1-dən sözügedən ərazidə nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.Bu barədə AYNA-dan bildirilib.
Məhdudiyyətlə əlaqədar 17, 24 və 211 nömrəli marşrutların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !